Əsas Səhifə > FUTBOL > FİF-in icraçı direktoru: "Bəzi klublarla bağlı danışıqlar apardığımız potensial sponsorlar var" - MÜSAHİBƏ
FİF-in icraçı direktoru: "Bəzi klublarla bağlı danışıqlar apardığımız potensial sponsorlar var" - MÜSAHİBƏ11-06-2025, 13:27 |
Futbolun İnkişaf Fondunun (FİF) icraçı direktoru Tural Piriyev "Şəffaflıq.az"-ın suallarını cavablandırıb. FİF rəsmisi qurumun üçillik fəaliyyəti, qarşıdakı hədəfləri barədə danışıb. - FİF üç illik hesabatını açıqlayıb. Qurumun bu müddət ərzində fəaliyyətini necə dəyərləndirirsiniz? - Fəaliyyətimizi müsbət dəyərləndirirəm. Ümid edirəm ki, futbol ictimaiyyəti də eyni fikirdədir. Müəyyən nəticələrimiz oldu, yeniliklər etdik, bölgə təmsilçilərinin hamısına bərabər diqqət ayırmağa çalışdıq. Amma ən önəmlisi, əminəm ki, FİF-in ölkə futbolunun, xüsusilə bölgə futbolunun inkişafı üçün vacib alətlərdən biri olduğunu göstərə bildik. - Qurumun qarşıdakı illərdə hədəfləri nədir? - Əsas hədəf dayanıqlı, "öz ayağı üzərində duran klub" nümunələrini formalaşdırmaq olaraq qalır. Hazırda AFFA-nın İnkişaf Strategiyasına uyğun olaraq, FİF-in üzərinə götürəcəyi sahələri müəyyənləşdiririk. Fəaliyyətimiz əsasən uzunmüddətli nəticəyə hədəflənən, klubların məhsul olaraq formalaşması, əməkdaşların bilik və bacarıqlarının artırılması, həmçinin idman idarəetməsi üzrə kadrların hazırlanması və qısa müddətli nəticəyə hədəflənən, maliyyə kanallarının formalaşdırılması, sponsor və tərəfdaşların cəlb olunması üzərində qurulacaq. - FİF əsasən bölgə klublarına sponsorlar tapıb. Bu yöndə hansısa klublarla danışıqlar davam edir? - Növbəti mövsüm Premyer Liqaya daha üç bölgə klubu vəsiqə qazanıb. "Karvan", "Qəbələ" və "İmişli"yə bu yöndə dəstək olacaq? - FİF növbəti dəfə UEFA-nın Uşaq Fondu tərəfindən mükafatlandırılıb və quruma 38500 avro mükafat ayrılıb. Bu məbləğ hara xərclənəcək? - Bu məbləği əsasən klub əməkdaşlarının bilik və bacarıqlarının artırılması üçün təşkil ediləcək seminarlara, həmçinin hazırda üzərində çalışdığımız təhsil platformasına xərcləməyi düşünürük. Geri qayıt |