Əsas Səhifə > Hadisə > Gəncədə xəstəxanalardan birində oksigen balonu yanıb, 10-dan çox xəstə təxliyə edilib Hadisə
Gəncədə xəstəxanalardan birində oksigen balonu yanıb, 10-dan çox xəstə təxliyə edilib Hadisə11-06-2025, 12:27 |
Gəncədə xəstəxanalardan birində oksigen balonu yanıb, xəstələr şəhərdəki digər tibb müəssisəsinə köçürülür. Şəffaflıq.az ın Qərb bürosunun məlumatına görə, Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhət adına 1 Saylı Xəstəxanasında oksigen balonunun yanması ciddi problemlərə yol açıb. Hazırda xəstəxananın reanimasiya şöbəsində olan pasiyentlər Gəncə Şəhər Zülfüqar Məmmədov adına 3 saylı xəstəxanaya köçürülür. İlkin məlumata görə, 10-dan artıq xəstə təxliyə olunub. Qeyd edək ki, Abbas Səhət adına xəstəxanada işıqlar söndürülüb, bəzi xidmətlər dayandırılıb. Geri qayıt |