Əsas Səhifə > İnfrastruktur > ADY bayram günlərində qatarla səfər edən sərnişinlərin sayını açıqlayıb
ADY bayram günlərində qatarla səfər edən sərnişinlərin sayını açıqlayıb10-06-2025, 16:30 |
Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) tərkibində fəaliyyət göstərən “Azərbaycan Dəmir Yolları” QSC-nin qatarları ilə Qurban bayramı günlərində - iyunun 6-9-da ümumilikdə 54 675 nəfər səyahət edib. Bu barədə "Şəffaflıq.az"-a ADY-dən məlumat verilib. Bildirilib ki, ADY Qurban bayramı günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərib: “İyunun 6-9-da Bakı–Ağstafa–Bakı marşrutu üzrə 7 əlavə reys, Bakı–Qəbələ–Bakı xətti üzrə 4 əlavə reys təyin olunub. Bakı–Balakən–Bakı marşrutu üzrə isə qatarlara tələbata uyğun olaraq əlavə vaqonlar qoşulub. Məlumata görə, 5 iyunda Bakı–Balakən qatarına əlavə 8 vaqon qoşulub. Gecə qatarı ümumilikdə 13 vaqon olmaqla 100 % doluluqla (530 sərnişin) yola düşüb. Qeyd edək ki, həftəiçi Bakı–Balakən–Bakı qatarı bir istiqamət üzrə 5 vaqon olmaqla orta hesabla 110 sərnişinə xidmət edir. Ümumilikdə Bakı–Balakən–Bakı istiqaməti üzrə 2 170 nəfər daşınıb. İyunun 6-9-da Bakı–Ağstafa–Bakı xətti üzrə 5 814 nəfər səfər edib. Onlardan da 1 842 nəfər əlavə reyslə səyahət edib. Bakı–Qəbələ–Bakı xətti üzrə isə 1 330 nəfər səfər edib, onlardan da 577 nəfər əlavə reyslə səyahət edib. İyunun 6-9-da Abşeron dairəvi dəmir yolu üzrə qatarlar şənbə və bazar günü qrafiki əsasında fəaliyyət göstərib. Bu marşrutla həmin tarixlərdə 45 361 nəfər daşınıb. Geri qayıt |