Əsas Səhifə > SON XƏBƏR > Olgun Amcaoğlu: “2030-cu ilədək “yaşıl enerji” əsaslı ada modeli yaratmaqda Azərbaycanın dəstəyi bizim üçün önəmlidir” - MÜSAHİBƏ

Olgun Amcaoğlu: “2030-cu ilədək “yaşıl enerji” əsaslı ada modeli yaratmaqda Azərbaycanın dəstəyi bizim üçün önəmlidir” - MÜSAHİBƏ


10-06-2025, 15:35


Şimali Kipr Türk Cümhuriyyəti Türk dünyası ilə enerji və iqtisadi əməkdaşlığı genişləndirmək niyyətindədir. Adanın enerji potensialından daha səmərəli istifadə, yaşıl enerji keçidinə sürətli inteqrasiya və Türk dövlətləri ilə birgə layihələrin həyata keçirilməsi ölkənin prioritetlərindəndir.

Şimali Kipr Türk Cümhuriyyətinin iqtisadiyyat və enerji naziri Olgun Amcaoğlu Şəffaflıq.az a müsahibəsində Azərbaycanla əməkdaşlıq imkanlarından, ada dövlətinin “yaşıl enerji” hədəflərindən və Türk dünyası çərçivəsində planlaşdırılan təşəbbüslərdən danışıb.

Həmin müsahibəni təqdim edirik:

- Şimali Kipr Türk Cümhuriyyəti ilə Azərbaycanın enerji sahəsində əməkdaşlıq potensialını necə qiymətləndirirsiniz? Xüsusilə bərpa olunan enerji və texnoloji bilik mübadiləsi sahəsində konkret təşəbbüslər varmı?

- Bu, Türk Enerji Təşkilatının əsas məqsədlərindən biridir. 250 milyondan çox insanın yaşadığı Türk dünyasının ortaq layihələr ətrafında birləşməsi bizim üçün çox önəmlidir. Şimali Kipr Türk Cümhuriyyəti, Türk Dövlətləri Təşkilatının üzvü və müşahidəçi statusunda olan bir ölkə kimi, embarqo və izolasiya şəraitində belə, Türkiyə, Azərbaycan və digər üzv dövlətlərlə birgə hərəkət edir.


Geri qayıt