Əsas Səhifə > FUTBOL > Nigar Mirzəliyeva: "Rusiya Superkubokunu qazandığıma görə çox sevincliyəm"
Nigar Mirzəliyeva: "Rusiya Superkubokunu qazandığıma görə çox sevincliyəm"10-06-2025, 15:11 |
Azərbaycan millisinin və "Zenit"in üzvü Nigar Mirzəliyeva Rusiya Superkubokunu qazanması ilə bağlı fikirlərini bölüşüb. Qadın futbolçulardan ibarət Azərbaycan millisinin müdafiəçisi Nigar Mirzəliyeva bu günlərdə “Zenit” klubunun heyətində Rusiya Superkubokunun qalibi olub. Sankt-Peterburq klubu həlledici oyunda Moskva “Lokomotiv”ini 3:0 hesabı ilə məğlub edib. 2022-ci ildən “Zenit”in formasını geyinən 23 yaşlı futbolçu komandanın aparıcı simalarından biri sayılır. Hətta tez-tez Rusiya çempionatında turun rəmzi komandasına düşür. “Zenit”lə ikinci dəfə Rusiya Superkubokunu qazanan Nigar Mirzəliyeva 2023 və 2024-cü illər mövsümündə də ölkə çempionu titulunu əldə edib. Komanda hazırda davam edən 2025-ci il mövsümündə isə turnir cədvəlinə başçılıq edir. AFFA-nın rəsmi saytına müsahibə verən millimizin futbolçusu həm qazandığı uğurla bağlı təəsssüratlarını bölüşüb, həm də gələcək planlarından bəhs edib. - Rusiyada artıq ikinci dəfədir Superkubokun qalibi oluruq. Buna görə çox sevincliyik. “Lokomotiv”lə Superkubok matçına əvvəlki oyunlarda olduğu qaydada ciddi hazırlaşmışdıq. Bu uğurda qızların və məşqçilərin çox böyük əməkləri var. Komanda olaraq xarakter göstərərək qələbə qazandıq. - “Zenit”də üçüncü mövsümümü keçirirəm. Futbola böyük sevgim var. Uğurlu çıxışlarımı da buna borcluyam. Fikrimcə, əgər bir işi sevərək edirsənsə, mütləq uğur qazanacaqsan. İşimi çox sevirəm, məşqlərimi ciddi edirəm. Bu da uğur əldə etməyimə kömək olur. Həm millidə, həm də “Zenit”də bunun davamlı olması üçün lazım olan hər şeyi edəcəyəm. - Gələcək planlarınız nələrdir? Nəzərə alsaq ki, cəmi 23 yaşınız var, daha böyük liqalarda oynamaq istəmirsiniz? Geri qayıt |