Əsas Səhifə > Gündəm > Ərdoğan azərbaycanlıların Çindən təcili təxliyə edilməsi barədə GÖSTƏRİŞ VERDİ
Ərdoğan azərbaycanlıların Çindən təcili təxliyə edilməsi barədə GÖSTƏRİŞ VERDİ29-01-2020, 20:14 |
“Ankara Çində koronavirusun yayıldığı bölgədə olan Türkiyə və Azərbaycan vətəndaşlarını təxliyə edəcək”. Şəffaflıq.az xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlama verib. O bildirib ki, hazırda Çində 25-ə qədər Türkiyə, 10-a qədər Azərbaycan vətəndaşı var. Ərdoğanın sözlərinə görə, onların təxliyəsi üçün proses başlayıb: “Çində olan 25-ə qədər türk və 10-a qədər azərbaycanlı Türkiyəyə dönmək istəyir. Tədbirlərin alınması, təxliyəyə azərilərin də daxil edilməsi və onların nəzarət alıtnda Türkiyəyə gətirilməsi üçün göstəriş verdik”.Publika.az Geri qayıt |