Əsas Səhifə > SİYASƏT > Azərbaycanın İspaniyadakı səfiri və Madrid meri birgə layihələri müzakirə ediblər

Azərbaycanın İspaniyadakı səfiri və Madrid meri birgə layihələri müzakirə ediblər


10-06-2025, 14:27


Azərbaycanın İspaniyadakı səfiri Ramiz Həsənov Madrid meri Xose Luis Martines-Almeyda ilə görüş keçirib.

Şəffaflıq.az diplomatik missiyanın sosial şəbəkələrdəki məlumatına istinadən xəbər verir ki, görüş zamanı tərəflər Bakı və Madrid arasında əməkdaşlıq perspektivlərini müzakirə ediblər.

Tərəflər iki şəhər arasında birbaşa əlaqələrin gücləndirilməsinə yönəlmiş praktiki və qarşılıqlı faydalı layihələrin həyata keçirilməsinə maraq ifadə ediblər.


Geri qayıt