Əsas Səhifə > FUTBOL > Azərbaycanın FIFA referisi Avropa çempionatında İngiltərə millisinin oyununu idarə edəcək
Azərbaycanın FIFA referisi Avropa çempionatında İngiltərə millisinin oyununu idarə edəcək10-06-2025, 13:22 |
Azərbaycanın FIFA referisi Elçin Məsiyevin Slovakiyada 21 yaşadək futbolçular arasında keçiriləcək Avropa çempionatında idarə edəcəyi ilk oyun bəlli olub. "Şəffaflıq.az" UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, 33 yaşlı referi B qrupundakı Çexiya - İngiltərə matçında ədaləti qoruyacaq. Ona Elşad Abdullayev və Pərvin Talıbov kömək gösətərəcəklər. İtaliyalı Simone Sozza dördüncü hakim funksiyasını yerinə yetirəcək. VAR-da alman Sören Storks, AVAR-da italyan Daniele Çiffi əyləşəcəklər. Hakim-inspektor sloveniyalı Darko Çeferin olacaq. Qeyd edək ki, Çexiya - İngiltərə oyunu iyunun 12-də, Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Geri qayıt |