Əsas Səhifə > Hadisə > Pirəkəşküldə yararsız döyüş sursatları məhv ediləcək
Pirəkəşküldə yararsız döyüş sursatları məhv ediləcək10-06-2025, 11:50 |
Pirəkəşküldə istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatları məhv ediləcək. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, sözügedən döyüş sursatları iyunun 10-13-də təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda məhv ediləcək: "Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq". Şəffaflıq.az Geri qayıt |