Əsas Səhifə > FUTBOL > Azərbaycanın U-17 millisi Qəbələdə ikinci yoxlama görüşünü keçirəcək
Azərbaycanın U-17 millisi Qəbələdə ikinci yoxlama görüşünü keçirəcək10-06-2025, 10:17 |
Qəbələdə təlim-məşq toplanışında olan Azərbaycanın U-17 millisi ikinci yoxlama görüşünü keçirəcək. Şəffaflıq.az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, Aqil Nəbiyevin baş məşqçisi olduğu komanda Gürcüstanın müvafiq yaş qrupundan ibarət kollektivi ilə qarşılaşacaq. Görüş saat 17:00-da start götürəcək. Qeyd edək ki, millimiz iyunun 6-da Qəbələdə keçirdiyi ilk yoxlama oyununda Qazaxıstan seçməsi üzərində 2:0 hesablı qələbə qazanıb. Geri qayıt |