Əsas Səhifə > SON XƏBƏR > Azərbaycan boksçuları Gürcüstanda keçirilən beynəlxalq turnirdə 7 medal qazanıblar

Azərbaycan boksçuları Gürcüstanda keçirilən beynəlxalq turnirdə 7 medal qazanıblar


9-06-2025, 13:45


Azərbaycanın gənc boksçuları Gürcüstanın Poti şəhərində keçirilən beynəlxalq turnirdə 7 medal qazanıblar.

Azərbaycan Boks Federasiyasından "Şəffaflıq.az"-a verilən məlumata görə, millinin heyətində Bilalhəbaşi Nəzərov (50 kq), Zidan Hümbətov (55 kq) və Məhəmməd Cəfərov (+90 kq) bütün rəqiblərinə qalib gələrək, birinci yeri tutublar.

Yalnız finalda məğlub olan Sübhan Babayevlə (57 kq) Hüseyn Hüseynli (90 kq) gümüş medala yiyələniblər.

Nihat Qasımov (50 kq) və Rza Rzayev (75 kq) isə turniri bürünc mükafatla başa vurublar.


Geri qayıt