Əsas Səhifə > REGİON > Rumen Radev: “Orta Dəhlizin inkişafı üçün Qazaxıstan və Bolqarıstanın coğrafi mövqeyindən maksimum istifadə etmək lazımdır”
Rumen Radev: “Orta Dəhlizin inkişafı üçün Qazaxıstan və Bolqarıstanın coğrafi mövqeyindən maksimum istifadə etmək lazımdır”9-06-2025, 13:42 |
Qazaxıstan və Bolqarıstan arasında imzalanmış Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM, Orta Dəhliz) inkişafı haqqında memorandum iki ölkənin nəqliyyat və logistika sahəsində əməkdaşlığı gücləndirmək və qarşılıqlı əlaqələri inkişaf etdirmək istəyini əks etdirir. "Şəffaflıq.az" xəbər verir ki, bunu Bolqarıstan Prezidenti Rumen Radev Astanada qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayevlə mətbuata bəyanatında bildirib. Bolqarıstan Prezidenti qeyd edib ki, hazırda Astana və Sofiya arasında əməkdaşlığın gücləndirilməsi üçün böyük potensial var. "Əminəm ki, bugünkü danışıqlar ikitərəfli əməkdaşlığa yeni təkan verəcək. Orta Dəhlizin gələcək inkişafı ilə bağlı imzalanmış memorandum bizim səylərimizin təcəssümüdür. Asiyanı Avropa ilə birləşdirən bu marşrut boyunca Qazaxıstan və Bolqarıstanın strateji coğrafi mövqeyindən maksimum yararlanmaq lazımdır. Bundan əlavə, bizim yükdaşıma, energetika və rəqəmsallaşma ilə yanaşı, həm də mədəni əlaqələrimizin genişləndirilməsi ilə bağlı böyük imkanlarımız var", - R.Radev bildirib. Geri qayıt |