Əsas Səhifə > BİZNES > Bakıda orta əməkhaqqı 9 %-dan çox artıb

Bakıda orta əməkhaqqı 9 %-dan çox artıb


9-06-2025, 13:12


Bu ilin yanvar-mart aylarında Bakıda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 1 357,3 manat təşkil edib.

Bu barədə "Şəffaflıq.az"-a Bakı şəhər Statistika İdarəsindən məlumat verilib.

Bildirilib ki, paytaxtda orta aylıq əməkhaqqı 2024-cü ilin yanvar-mart ayları ilə nisbətən 9,1 % artıb.

Qeyd edək ki, bu ilin yanvar-mart aylarında Azərbaycanda muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 2024-cü ilin müvafiq dövrünə nisbətən 10 % artaraq 1 083,8 manat təşkil edib.


Geri qayıt