Əsas Səhifə > BİZNES > Bu ilin 4 ayında paytaxtda ictimai iaşə dövriyyəsinin həcmi 19 %-dən çox artıb
Bu ilin 4 ayında paytaxtda ictimai iaşə dövriyyəsinin həcmi 19 %-dən çox artıb9-06-2025, 13:04 |
Bu ilin yanvar-aprel aylarında Bakıda ictimai iaşə dövriyyəsinin həcmi 545,3 milyon manat olub. Bu barədə "Şəffaflıq.az"-a Bakı şəhər Statistika İdarəsindən məlumat verilib. Bildirilib ki, bu, 2024-cü ilin ilk 4 ayı ilə müqayisədə real ifadədə 19,3 % çoxdur. Hüquqi şəxslər tərəfindən ictimai iaşə dövriyyəsi 313,4 milyon manat olub. Bu, ümumi dövriyyənin 57,5 %-ini təşkil edib. Qeyd edək ki, bu ilin yanvar-aprel aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsi 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 17,7 % artaraq 764 milyon manat olub. Geri qayıt |