Əsas Səhifə > DİGƏR ÖLKƏLƏR > Qazaxıstan Prezidenti müdafiə və nəqliyyat nazirlərini vəzifədən azad edib

Qazaxıstan Prezidenti müdafiə və nəqliyyat nazirlərini vəzifədən azad edib


8-06-2025, 13:08


Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev müdafiə naziri Ruslan Jaksılıkovu, eləcə də əvvəllər töhmət verdiyi nəqliyyat naziri Marat Karabayevi tutduğu vəzifədən azad edib.

"Şəffaflıq.az" xəbər verir ki, bu barədə ölkə rəhbərinin mətbuat xidməti məlumat yayıb.

Yeni müdafiə naziri vəzifəsinə əvvəllər nazir müavini - Qazaxıstan Silahlı Qüvvələrinin Hava Hücumundan Müdafiə Qoşunlarının baş komandanı vəzifəsində çalışan Dauren Kosanov təyin edilib.

Dövlət başçısının mətbuat xidməti hələlik Qazaxıstan Nəqliyyat Nazirliyinin yeni rəhbərinin kim olacağı barədə məlumat verməyib.


Geri qayıt