Əsas Səhifə > REGİON > Moskva vilayətindəki anbarda baş verən yanğın söndürülüb - YENİLƏNİB

Moskva vilayətindəki anbarda baş verən yanğın söndürülüb - YENİLƏNİB


8-06-2025, 12:28


Rusiyanın Moskva vilayətinin Puşkino şəhərində yanacaq-sürtkü materialları anbarında baş verən açıq yanğın söndürülüb.

“Report” xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin telegram kanalında məlumat verilib.

Nazirlik əlavə edib ki, hadisə yerində 50-dən çox mütəxəssis və 12 texnika işləyib.

01:08

Rusiyanın Moskva vilayətinin Puşkino şəhərində içərisində qaz balonları və yanar maye olan 21 min kv.m sahədə anbar yanır.

Şəffaflıq.az  bu barədə yerli KİV-ə istinadən xəbər verir.

Məlumata görə, fövqəladə vəziyyətlə əlaqədar Yaroslavskoe və İvanteyevskoe magistrallarında nəqliyyatın hərəkəti dayandırılıb.

Polis yanğın baş verən ərazidə mühasirəyə alıb və yanğının ətrafındakı 500 metrlik ərazini təhlükəsizlik zonası elan edib. Yanğının söndürülməsində 100-dən çox canlı qüvvə və 27 texnika iştirak edir.

Rusiya Fövqəladə Hallar Nazirliyi bildirib ki, anbarın damı 13 min kv.m sahədə çöküb.

Hazırda yanğın 21 min kvadratmetr sahədə lokallaşdırılıb. Moskva vilayət prokurorluğu yanğının baş vermə səbəblərinin müəyyən edilməsi ilə bağlı araşdırma aparır.


Geri qayıt