Əsas Səhifə > DİGƏR ÖLKƏLƏR > İsrail aviaşirkətlərlə Rusiyaya uçuşların sayının artırılmasını müzakirə edir
İsrail aviaşirkətlərlə Rusiyaya uçuşların sayının artırılmasını müzakirə edir7-06-2025, 12:11 |
İsrail bir sıra aviaşirkətlərlə Rusiyaya uçuşların sayının artırılmasını müzakirə edir və bir daşıyıcı artıq buna hazırdır. "Şəffaflıq.az" xarici mətbuata istinadən xəbər verir ki, bunu İsrailin Turizm Nazirliyinin baş direktoru Dani Şahar deyib. "Artıq bir sıra aviaşirkətlərlə danışıqlar aparılır. Mən İsrailə uçuşların sayını artıra biləcək azı bir aviaşirkət haqqında dəqiq bilirəm. Biz həmçinin aviaşirkətlərlə birləşmiş uçuşların - Ben Qurion hava limanı vasitəsilə Eylata başlanmasının mümkünlüyü barədə danışırıq", - o deyib. Dani Şahar səfərinin məqsədini də açıqlayıb: "Mən bura xüsusi olaraq ona görə gəldim ki, hazırda İsrail və Rusiya arasında turizmin inkişafı və turist axınının artması üçün lazımi şərait yaradılıb. Üstəlik, “Red Wings”in Eylat şəhərinə ilk reysi çox yaxında baş tutacaq. Moskvaya səfərim zamanı turoperatorlar və aviaşirkətlərin nümayəndələri ilə görüşdə iştirak etdim". “Hiss etdim ki, ölkələrimiz arasında turizmin inkişafına təkan vermək olar”, - Şahar vurğulayıb. O, həmçinin qeyd edib ki, turist axınının artımı qorunub saxlanılsa, uçuşların sayının artırılması mümkün olacaq. "Bazar belə işləyir. Bu, bizim üçün vacibdir, çünki turistlərin sayının artması qiymətlərin aşağı düşməsinə səbəb olacaq. Problemləri eşitmişik, onları həll etməyə çalışacağıq. Səfərimizin məqsədi də budur", - Şahar deyib. Geri qayıt |