Əsas Səhifə > FUTBOL > Azərbaycan millisi bu gün yoldaşlıq oyununda Latviya yığması ilə üz-üzə gələcək
Azərbaycan millisi bu gün yoldaşlıq oyununda Latviya yığması ilə üz-üzə gələcək7-06-2025, 11:51 |
Futbol üzrə Azərbaycan millisi bu gün yoldaşlıq oyunu keçirəcək. "Şəffaflıq.az"-un məlumatına görə, Fernandu Santuşun baş məşqçisi olduğu kollektiv səfərdə Latviya seçməsi ilə üz-üzə gələcək. Riqa şəhərindəki "Skonto" stadionunda baş tutacaq matç Bakı vaxtı ilə saat 17:00-da start götürəcək. Qarşılaşmanın baş hakimi maltalı Trustin Farruca Kann olacaq. Qeyd edək ki, Azərbaycan millisi iyunun 10-da Bakıdakı "Liv Bona Dea Arena"da Macarıstan yığmasını qəbul edəcək. Geri qayıt |