Əsas Səhifə > Hadisə > Ötən gün ölkə ərazisində 16 kiloqramdan çox narkotik aşkarlanıb

Ötən gün ölkə ərazisində 16 kiloqramdan çox narkotik aşkarlanıb


7-06-2025, 11:41


Azərbaycanda iyunun 6-da 16 kiloqramdan çox narkotik aşkarlanıb.

Bu barədə "Şəffaflıq.az"-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyunun 6-da ümumi çəkisi 16 kiloqramdan artıq narkotik vasitə və kultivasiya yolu ilə yetişdirilmiş 84 ədəd çətənə kolu götürülüb, yabanı halda bitmiş 5000 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib.


Geri qayıt