Əsas Səhifə > Hadisə > Şəkidə həyat yoldaşını öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb
Şəkidə həyat yoldaşını öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb6-06-2025, 13:40 |
Şəkidə həyat yoldaşını öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb. "Şəffaflıq.az" un Şimal-qərb bürosunun məlumatına görə, 1986-cı il təvəllüdlü Həmid Nazim oğlu Əliyev saxlanılıb. Polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində H.Əliyevin yeri müəyyən edilərək saxlanılıb. O, istintaqa təhvil verilib. Faktla bağlı cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir. Qeyd edək ki, hadisə iyunun 5-də Şəkinin Cəyirli kəndində baş verib. Kənd sakini 1991-ci il təvəllüdlü Zəhra Əliyeva atasının evində qətlə yetirilib. Geri qayıt |