Əsas Səhifə > İdman > Azərbaycan yığması Qızıl Avropa Liqasında növbəti matçını keçirəcək

Azərbaycan yığması Qızıl Avropa Liqasında növbəti matçını keçirəcək


6-06-2025, 12:49


Azərbaycanın qadın voleybolçulardan ibarət millisi bu gün Qızıl Avropa Liqasında növbəti matçını keçirəcək.

Şəffaflıq.az xəbər verir ki, Faiq Qarayevin rəhbərlik etdiyi kollektiv Slovakiya ilə qarşılaşacaq.

Görüş Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

Qeyd edək ki, Azərbaycan yığması daha əvvəl Bakıdakı matçlarda Macarıstan və Sloveniya seçmələrinə 0:3 hesabı ilə uduzub. Komanda növbəti matçını sabah Monteneqro millisinə qarşı keçirəcək.


Geri qayıt