Əsas Səhifə > FUTBOL > "Yuventus" milli üzvü ilə yeni müqavilə imzalayıb
"Yuventus" milli üzvü ilə yeni müqavilə imzalayıb5-06-2025, 16:29 |
İtaliyanın "Yuventus" klubu Fransa millisinin futbolçusu Pyer Kalyulyu ilə yeni müqavilə imzalayıb. "Şəffaflıq.az" xəbər verir ki, bu barədə Turin klubunun mətbuat xidməti məlumat yayıb. Ötən mövsümü icarə əsasında A Seriyasının digər klubu "Milan"da keçirən 25 yaşlı müdafiəçi ilə yeni müqavilənin müddəti 2029-cu ilin yayına qədər nəzərdə tutulub. Qeyd edək ki, P.Kalyulyu ümumilikdə "Yuventus"un heyətində bütün yarışlarda 39 oyun keçirib və 1 qol vurub. Geri qayıt |