Əsas Səhifə > BİZNES > Azərbaycan Çinə toyuq ayaqları ixrac edəcək

Azərbaycan Çinə toyuq ayaqları ixrac edəcək


5-06-2025, 16:26


Azərbaycandan Çinə toyuq ayaqlarının ixracına icazə verilib.

"Şəffaflıq.az" xəbər verir ki, bunu İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev Bakıda keçirilən Azərbaycan-Çin İqtisadi Ticarət Əməkdaşlıq Forumu çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Çinə bəzi məhsulların ixracı üçün xüsusi icazələr tələb olunur: “Bu prosedurlar müvafiq Çin qurumları və gömrük xidməti tərəfindən həyata keçirilir. Artıq bəzi məhsullar üzrə meyvə-tərəvəz, ət məhsulları və toyuq ayaqları üçün icazələr alınıb. Toyuq ayaqları Çində yüksək tələbat olan məhsullardandır və bu sahədə böyük ixrac potensialı var".


Geri qayıt