Əsas Səhifə > DİGƏR ÖLKƏLƏR > Rusiyanın hava hücumu ilə əlaqədar Sumıdan səkkiz minə yaxın uşaq təxliyə edilib
Rusiyanın hava hücumu ilə əlaqədar Sumıdan səkkiz minə yaxın uşaq təxliyə edilib5-06-2025, 15:38 |
Rusiyanın həyata keçirdiyi hava hücumları ilə əlaqədar Ukraynanın Sumı vilayətindən 7 min 800 uşaq təxliyə olunub. Bunu "Şəffaflıq.az"-un Şərqi Avropa bürosuna açıqlamasında vilayətin hərbi administrasiyasının rəhbəri Oleq Qriqorov bildirib. O qeyd edib ki, təcili təxliyə tədbirləri hazırda 18 rayonun 213 yaşayış məntəqəsindən davam edir. "Hazırda təxminən 38 min mülki şəxs təxliyə edilib. Başa düşürük ki, insanların öz evlərindən təxliyəsi və köçürülməsi son həddir. Lakin eyni zamanda insanlarımızın həyatı, sağlamlığı və təhlükəsizliyi birinci yerdə qalır" - deyə, o, əlavə edib. Geri qayıt |