Əsas Səhifə > SİYASƏT > Azərbaycan və Pakistan arasında əməkdaşlıq sazişi təsdiqlənib

Azərbaycan və Pakistan arasında əməkdaşlıq sazişi təsdiqlənib


5-06-2025, 15:28


Azərbaycan və Pakistan arasında bitki karantini və bitki mühafizəsi sahəsində əməkdaşlıq sazişi təsdiqlənib.

"Şəffaflıq.az" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

Qeyd edilib ki, 2025-ci il fevralın 24-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında bitki karantini və bitki mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş” təsdiq edilib.


Geri qayıt