Əsas Səhifə > SİYASƏT > “Ermənilər Qazaxıstanı qarışdırmaq istəyirlər” – Politoloq
“Ermənilər Qazaxıstanı qarışdırmaq istəyirlər” – Politoloq9-01-2019, 10:19 |
“Qazaxıstanda ermənilər və qazaxlar arasında baş vermiş dava ətrafında yaranmış proses siyasi rəng alıb. Artıq iki ölkənin daxili işlər, xarici işlər nazirləri, Ermənistan baş naziri, Rusiyadakı erməni diasporu işə qarışıb. Yəni, məsələ tamamilə siyasiləşib. Çünki proses erməni separatizmi müstəvisində cərəyan edir”. Bunu Teleqraf.com-a açıqlamasında politoloq Nəzakət Məmmədova deyib. Politoloqun sözlərinə görə, ermənilər yenə də öz xislətlərinə sadiq qalaraq, törətdikləri cinayəti başqalarının üstünə yıxmağa çalışırlar: “Vaxtilə ermənilər Sumqayıtda, Gürcüstanda, Türkiyədə, Rusiyada və digər ölkələrdə törətdikləri cinayətləri bizim üstümüzə yıxmağa cəhd etdilər. Həmişə bu cinayətləri özlərinə qarşı “ayrı-seçkilik” kimi qələmə verirlər. Görünür, ermənilər Qazaxıstanı qarışdırmaq istəyirlər. Çünki Qazaxıstan Prezidenti Nursultan Nazarbayev son dövrlərdə Azərbaycana olan dəstəyini açıq şəkildə göstərir. Eyni zamanda, Nazarbayev Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində Ermənistan rəhbəri Nikol Paşinyana olan mənfi münasibətini də açıq şəkildə sərgilədi. Ümumiyyətlə, Qazaxıstan həmişə bir çox məsələlərə münasibətdə Azərbaycanı dəstəkləyib. Mümkündür ki, ermənilərin Qazaxıstanda baş verən hadisələri “erməni-azərbaycanlı davası” kimi qələmə verməsi buradan irəli gəlir”. Nəzakət Məmmədova bildirib ki, ermənilər Azərbaycana göstərdiyi dəstəyə görə Qazaxıstanda separatizmə rəvac vermək və iğtişaş yaratmaq niyyətindədir: “Hər halda, bu qətl mütəşəkkil cinayətkar qrup tərəfindən həyata keçirilib. 35 erməni 4 qazaxa hücum edib, onları döyüb və öldürüblər. Siyasi, yaxud qeyri-siyasi olmasından asılı olmayaraq, bu, ağır cinayət hadisəsidir. Başqa sözlə, növbəti dəfə xislətlərini ortaya qoyan ermənilər özlərinə zərbə vurdular. Digər yandan da, bununla Ermənistan-Qazaxıstan münasibətlərinin kəskinləşməsinə səbəb oldular”. Qeyd edək ki, yanvarın 1-ə keçən gecə Qazaxıstanın Karaqanda şəhərində ermənilərə məxsus “Drevniy Rim” restoranında cinayət hadisəsi baş verib. Həmin iaşə obyektində yeni ili qarşılamaq üçün toplaşmış ermənilər və qazaxlar arasında mübahisə yaranıb, daha sonra dava restoranın həyətində davam edib və nəticədə 1 qazax gənc – 1995-ci il təvəllüdlü Raxımjan Janseyt öldürülüb, digər 3 qazax müxtəlif xəsarətlər alıb. Hüquq-mühafizə orqanları tərəfindən qətl hadisəsini törətmiş və bu cinayətdə təqsirli bilinən erməni milliyyətli 2 nəfər – Malxasyan Torqom Manveloviç, Malxasyan Soxak Samveloviç və qazax milliyyətli 1 nəfər – Nadırbekov Kair Xamitoviç tutularaq barələrində həbs qətimkan tədbiri seçilib. Erməni milliyyətli digər 1 nəfər – Qururyan Narek haqqında isə axtarış elan edilib. Şəffaflıq.az
Geri qayıt |