Əsas Səhifə > SON XƏBƏR > Azərbaycan Voleybol Federasiyasının rəsmisi Gümüş Avropa Liqasının oyunlarına təyinat alıb
Azərbaycan Voleybol Federasiyasının rəsmisi Gümüş Avropa Liqasının oyunlarına təyinat alıb5-06-2025, 14:22 |
Azərbaycan Voleybol Federasiyasının Kommunikasiya şöbəsinin Beynəlxalq əlaqələr üzrə mütəxəssisi Mixail Frişman Avropa Voleybol Konfederasiyası tərəfindən (CEV) təyinat alıb. Bu barədə "Şəffaflıq.az"-a Voleybol Federasiyasının mətbuat xidmətindən məlumat verilib. M.Frişman qadın voleybolçular arasında Avropa Gümüş Liqasının ikinci turunda iştirak edəcək. O, 6-8 iyun tarixlərində Gürcüstanda baş tutacaq turun oyunlarında supervayzer kimi hakimlərin işinə qiymət verəcək. Geri qayıt |