Əsas Səhifə > Maraqlı > BDU-nun iki prorektoru və bir dekanı işdən çıxarıldı
BDU-nun iki prorektoru və bir dekanı işdən çıxarıldı27-01-2020, 20:45 |
Bakı Dövlət Universitetinin (BDU) iki prorektoru işdən çıxarılıb. Şəffaflıq.az report-a istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb. Ali məktəbin Elm və innovasiyalar üzrə prorektoru, Fizika-riyaziyyat elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Aydın Kazımzadə və Ümumi işlər üzrə prorektor Cəfər Eyvazov vəzifələrindən azad olunub. BDU-nun Həmkarlar İttifaqı Komitəsinin sədri, fizika elmləri doktoru Hüseyn Məmmədov universitetin Elm və innovasiyalar üzrə prorektoru təyin olunub. Bundan başqa, BDU-nun Biologiya kafedrasının dekanı, Əməkdar elm xadimi, professor Akif Quliyev işdən çıxarılıb. Geri qayıt |