Əsas Səhifə > DİGƏR ÖLKƏLƏR > Nazir: Almaniyada hərbçilərin sayı 50-60 min nəfərə qədər artırılmalıdır

Nazir: Almaniyada hərbçilərin sayı 50-60 min nəfərə qədər artırılmalıdır


5-06-2025, 12:58


Müdafiə qabiliyyətinin artırılması ilə bağlı NATO-nun yeni tələblərinin yerinə yetirilməsi çərçivəsində Almaniya Silahlı Qüvvələrində hərbçilərin sayı 50-60 min nəfərə qədər artırılmalıdır.

"Şəfffalıq.az" TASS-a istinadən xəbər verir ki, bu barədə Almaniyanın müdafiə naziri Boris Pistorius NATO ölkələrinin müdafiə nazirlərinin görüşündə iştirak etmək üçün Brüsselə gələrkən bildirib.

Nazir qeyd edib ki, hələlik xidmət könüllü olacaq.

Onun sözlərinə görə, Almaniyanın hədəf paketi (Şimali Atlantika Alyansının müdafiəsinə töhfə) NATO-da miqyasına görə ikinci böyük paket olacaq.

Hazırda Bundesver hərbçilərinin sayı təxminən 183 min nəfərdir.


Geri qayıt