Əsas Səhifə > SOSİAL MÜDAFİƏ > "AHİK+" adlı yeni elektron layihə hazırlanıb
"AHİK+" adlı yeni elektron layihə hazırlanıb5-06-2025, 12:16 |
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) "AHİK+" adlı yeni elektron layihə hazırlayıb. Şəffaflıq.az xəbər verir ki, bu barədə qurumun Aparat rəhbərinin müavini Abbas Əliyev bu gün keçirilən tədbirdə məlumat verib. Onun sözlərinə görə, AHİK üzvləri layihə sayəsində xidmət sahələrində 30 faizə qədər güzəştlərdən istifadə edə biləcəklər: "Həmin layihənin artıq son tamamlanma işləri gedir və yaxın müddətdə istifadəyə veriləcək". Geri qayıt |