Əsas Səhifə > DİGƏR ÖLKƏLƏR > NATO ölkələri hərbi xərclərini ÜDM-in 5 %-nə qədər artıra bilər
NATO ölkələri hərbi xərclərini ÜDM-in 5 %-nə qədər artıra bilər5-06-2025, 11:45 |
ABŞ müdafiə naziri Pit Heqset hesab edir ki, NATO ölkələri iyunun 24-25-də Haaqada keçiriləcək sammitə qədər müdafiə xərclərini ÜDM-in 5 %-dək artırmaq öhdəliyi götürməklə bağlı razılığa gələ biləcək. Şəffaflıq.az TASS-a istinadən xəbər verir ki, o, bunu alyans ölkələrinin müdafiə nazirlərinin Brüsseldə keçirilən görüşünə gələrkən deyib. "Biz alyans ölkələrinin ÜDM-in 5 %-ni müdafiəyə ayırması öhdəliyi ilə bağlı ABŞ Prezidenti Donald Trampın başlatdığı işi davam etdirmək üçün toplaşmışıq və hesab edirik ki, bu barədə razılığa gəlmək mümkün olacaq. Bu, iyunun sonlarında keçiriləcək Haaqa sammitinə qədər baş verməlidir", - o bildirib. NATO-nun Haaqa sammiti iyunun 24-25-də keçiriləcək. Sammitdə alyans ölkələrinə hərbi xərclərin hədəf səviyyəsini hazırkı 2 %-dən ÜDM-in 5 %-nə qədər artırmaq təklif olunacaq. NATO ölkələri arasında müdafiə xərclərinin artırılması ilə bağlı razılıq yoxdur: hərbi xərclərin artırılacağı təqdirdə onlar sosial öhdəliklərini azaltmağa məcbur olacaqlar ki, bu da daxili siyasi vəziyyətin pisləşməsi və dərin iqtisadi böhranla nəticələnə bilər. Geri qayıt |