Əsas Səhifə > BİZNES > Azərbaycan və Pakistan iqtisadi əməkdaşlığı şaxələndirməyi müzakirə ediblər

Azərbaycan və Pakistan iqtisadi əməkdaşlığı şaxələndirməyi müzakirə ediblər


4-06-2025, 16:31


Azərbaycan və Pakistan arasında iqtisadi əməkdaşlığın şaxələndirilməsi müzakirə edilib.

Şəffaflıq.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

O, qeyd edib ki, müzakirələr 30-cu Bakı Enerji Həftəsi çərçivəsində Pakistanın neft naziri Əli Pervaiz Malik ilə görüşdə baş tutub: "Enerji sektorunda həyata keçirilən qlobal layihələr və “yaşıl enerji” sahəsində işbirliyi imkanları barədə fikirlərimizi bölüşdük”.


Geri qayıt