Əsas Səhifə > DİGƏR ÖLKƏLƏR > Moldova 2028-ci ildə Aİ-yə daxil olmaq üçün maksimim səy göstərəcək
Moldova 2028-ci ildə Aİ-yə daxil olmaq üçün maksimim səy göstərəcək4-06-2025, 16:05 |
Moldova Baş naziri Dorin Reçan hökumətin artıq 2028-ci ildə Avropa İttifaqına daxil olmaq üçün maksimum səy göstərməyə hazır olduğunu bildirib. "Şəffaflıq.az"-un məlumatına görə, bu barədə Moldova hökumətinin mətbuata açıqlamasında deyilir. "Hökumət Moldovanın 2028-ci ilə qədər Avropa İttifaqına daxil olmağa hazır olması üçün əlindən gələni edəcək", - deyə Reçan Brüsseldə Avropa Parlamentinin prezidenti Roberta Metsola ilə görüşündə bildirib. Məlumata görə, tərəflər Moldovanın Avropaya inteqrasiyası prosesində Avropa İttifaqının dəstəyini müzakirə ediblər. Geri qayıt |