Əsas Səhifə > REGİON > İranda keçirilən veloturda xəsarət alan türkiyəli velosipedçi ölüb

İranda keçirilən veloturda xəsarət alan türkiyəli velosipedçi ölüb


4-06-2025, 15:53


Türkiyənin “Tuttospor” komandasının velosipedçisi Təbrizdə keçirilən yarış zamanı aldığı xəsarətdən dünyasını dəyişib.

"Şəffaflıq.az" xəbər verir ki, bu barədə məlumatı İSNA yayıb.

Bildirilib ki, Səreyindən Təbrizə qədər keçirilən Güney Azərbaycan veloturunun beşinci və sonuncu mərhələsində Türkiyənin “Tuttospor” komandasının üzvü Mustafa Ayurkan öz ölkəsindən olan veleosipedçilərlə toqquşaraq yıxılıb.

Hadisə nəticəsində M.Ayurkan ciddi xəsarət alıb. Onu Sarab şəhərindəki xəstəxanaya, oradan isə təcili yardım maşını ilə Təbrizə aparıblar..

O, beyin silkələnməsi diaqnozu ilə Təbriz xəstəxanasına yerləşdirilsə də, həkimlərin səylərinə baxmayaraq ölüb.


Geri qayıt