Əsas Səhifə > SON XƏBƏR > SOCAR rəsmisi: “Enerji balansı üçün yalnız bərpa olunan mənbələr kifayət etmir”

SOCAR rəsmisi: “Enerji balansı üçün yalnız bərpa olunan mənbələr kifayət etmir”


4-06-2025, 15:50


Yalnız bərpa olunan enerji mənbələri ilə enerji təchizatının balansını qorumaq, o cümlədən davamlı, sabit təminatını həyata keçirmək mümkün deyil.

"Şəffaflıq.az" xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidentinin müavini Vitaliy Bəylərbəyov 30-cu Yubiley Bakı Enerji Forumu çərçivəsində bildirib.

Onun sözlərinə görə, Azərbaycandakı yataqlardan əlavə 12 milyard kubmetrdən çox qaz əldə olunacaq: "Bunun bir hissəsi isə xarici bazara yönləndiləcək. Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, 2029-2030-cu illərə qədər təxminən 8 milyard kubmetr qaz ixrac üçün əlçatan olacaq. Bu həcmlər qaz ixracı üçün əlçatan olacaq. Amma unutmaq olmaz ki, Cənub Qaz Dəhlizi müəyyən ötürücülük qabiliyyətinə malikdir. Yəni əlavə qaz həcmlərini ixrac etmək üçün yeni kəmərə ehtiyac duyulacaq".

Onun fikrincə, bu yaxınlarda elektrik enerjisinin kəsilməsi ilə üzləşən İspaniya və Portuqaliya vətəndaşları başa düşdülər ki, təkcə bərpa olunan enerji mənbələri hər səviyyədə çox lazım olan enerji təchizatının balansını, davamlı, sabit təminatı üçün kifayət deyil: "Odur ki, qalıq yanacaqlarla bağlı embarqolar aradan qaldırılmaldır. Əlbəttə ki, Azərbaycan da bərpa olunan enerji sahəsinin inkişafını dəstəkləyir. Bununla bağlı layihələr həyata keçirir. Amma hazırda neft və qaz layihələrini maliyyələşdirməmək siyasəti istehlakçılar üçün qiymətlərin artması ilə nəticələnəcək"


Geri qayıt