Əsas Səhifə > SON XƏBƏR > Qabor Orban: “MVM Azərbaycanla qaz tədarükü haqqında müqavilə üzərində işləyir”
Qabor Orban: “MVM Azərbaycanla qaz tədarükü haqqında müqavilə üzərində işləyir”4-06-2025, 15:36 |
Macarıstanın MVM şirkəti Azərbaycanla qaz tədarükü haqqında uzunmüddətli müqavilə üzərində işləyir. "Şəffaflıq.az" xəbər verir ki, bu barədə “MVM CEEnergy”nin baş direktoru Qabor Orban 30-cu Yubiley Bakı Enerji Forumu çərçivəsində bildirib. "Biz Azərbaycan qazını - məhz boru kəməri qazını alaraq Macarıstana fiziki olaraq nəql edən ilk Mərkəzi Avropa ticarət şirkəti olmuşuq. Bu, qısamüddətli müqavilə olub. Ümumilikdə, biz bütün bunları strateji tərəfdaşlıq çərçivəsində nəzərdən keçiririk, buna görə də müqavilələrin, o cümlədən uzunmüddətli müqavilələrin bağlanması üzərində işləyirik", - Q.Orban bildirib. O əlavə edib ki, dayanıqlı şərtlər olmadan müqavilənin müddəti və ya davamlılığı barədə danışmaq çox çətindir. Qeyd edək ki, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və “MVM CEEnergy” 2023-cü ilin iyun ayında 100 milyon kubmetr qazın tədarükü haqqında müqavilə imzalayıb. Tədarükə 2024-cü ilin aprel ayında başlanılıb. Bundan başqa, “MVM Group” "Şahdəniz" layihəsində 5 %, “South Caucasus Pipeline Company”də (SCPC, Cənubi Qafqaz Boru Kəməri Magistralının operatoru) 4 % paya malikdir. Geri qayıt |