Əsas Səhifə > SON XƏBƏR > SOCAR Qazaxıstanın Assosiasiyası ilə korporativ dəyərlərlə bağlı əməkdaşlığı müzakirə edib
SOCAR Qazaxıstanın Assosiasiyası ilə korporativ dəyərlərlə bağlı əməkdaşlığı müzakirə edib4-06-2025, 14:07 |
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Qazaxıstanın Biznes, Cəmiyyət və Dövlətlə Əlaqələr Assosiasiyası ilə korporativ dəyərlərlə bağlı əməkdaşlıq imkanları müzakirə edib. Bu barədə Şəffaflıq.az a SOCAR-dan məlumat verilib. Bu barədə müzakirələr SOCAR-ın vitse-prezidenti Ziba Mustafayeva ilə Qazaxıstanın Biznes, Cəmiyyət və Dövlətlə Əlaqələr Assosiasiyasının prezidenti Ayjan Uteuova arasında keçirilən görüşdə aparılıb. Görüşdə neft-qaz sektorunda inklüzivliyin əhəmiyyəti vurğulanıb, bu xüsusda SOCAR-da həyata keçirilən “Qadın Liderlər” və “Gənc İstedadlar” proqramlarından, qadın təşəbbüslərinin innovativ həllərlə dəstəklənməsi ilə bağlı görülən işlərdən danışılıb. Qonaqlara, həmçinin SOCAR-ın korporativ dəyərləri haqqında məlumat verilib, bu istiqamətdə birgə əməkdaşlıq imkanları müzakirə edilib. Geri qayıt |