Əsas Səhifə > Hadisə > Laçında avtoqəzada yaralanan şəxs Bərdə xəstəxanasında ölüb
Laçında avtoqəzada yaralanan şəxs Bərdə xəstəxanasında ölüb4-06-2025, 13:23 |
Laçın rayonunda baş verən avtomobil qəzasında yaralanan şəxs Bərdə xəstəxanasında ölüb. Şəffaflıq.az ın Qarabağ bürosunun əldə etdiyi məlumata görə, iyunun 1-də Laçın rayonu ərazisində yolsuzluq avtomobilinin qəzaya uğraması nəticəsində maşında olan sərnişin Raquf Əliyev ağır dərəcəli bədən xəsarətləri alıb. Yaralı Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Tibbi müdaxilələrə baxmayaraq, yaralı ötən gün dünyasını dəyişib. Geri qayıt |