Əsas Səhifə > ƏSAS XƏBƏR > Selim Güven: “ACWA Power” Azərbaycanın iştirakı ilə transsərhəd "yaşıl enerji" layihələrində maraqlıdır” - MÜSAHİBƏ

Selim Güven: “ACWA Power” Azərbaycanın iştirakı ilə transsərhəd "yaşıl enerji" layihələrində maraqlıdır” - MÜSAHİBƏ


4-06-2025, 13:05


Bərpa olunan enerji sahəsində ən böyük beynəlxalq investorlardan biri olan Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti Azərbaycan və Mərkəzi Asiya ölkələrində “yaşıl enerji”nin inkişafında mühüm rol oynayır. “ACWA Power” 2020-ci ildən etibarən Azərbaycanda külək enerjisi və su təchizatı sahələrində fəal şəkildə layihələr həyata keçirir, həmçinin regionu Avropa ilə əlaqələndirən beynəlxalq “yaşıl enerji” dəhlizlərində iştirak imkanlarını nəzərdən keçirir.

“ACWA Power”in Azərbaycan və Türkiyə üzrə baş direktoru Selim Güven 30-cu Bakı Enerji Forumu çərçivəsində Şəffaflıq.az a müsahibəsində şirkətin strateji prioritetləri, əsas layihələri, həmçinin təmiz enerjinin ötürülməsi üzrə transregional təşəbbüslərdə iştirakı barədə danışıb.

Müsahibəni oxuculara təqdim edirik:

- “ACWA Power” Mərkəzi Asiya və Avropa arasında "Yaşıl enerji dəhlizi" layihəsinin həyata keçirilməsi istiqamətində hansı konkret addımlar atır? Şirkət layihədə necə iştirak edir - investor kimi yoxsa başqa bir rolda? "ACWA Power” layihənin həyata keçirilməsi çərçivəsində hökumətlər və ya tərəfdaşlarla danışıqlarda maraqlıdırmı?

- “ACWA Power” Mərkəzi Asiyada, xüsusilə Özbəkistan və Azərbaycanda fəal işləyir. Özbəkistanda böyük investisiyalarımız, Azərbaycanda isə genişlənən portfelimiz var. Biz Azərbaycanda, o cümlədən Naxçıvanda həm quru, həm də dəniz külək və günəş layihələrinin daha da inkişaf etdirilməsində maraqlıyıq, həmçinin Türkiyədə yeni imkanları araşdırırıq.

Biz regional enerji əlaqələrini regionun zəngin təbii resurslarından təkcə daxili istehlak üçün deyil, həm də yüksək tələbin olduğu bazarlara - istər Avropaya, istərsə də dayanıqlı təmiz enerji mənbələrində maraqlı olan digər dövlətlərə ixrac üçün əlavə imkan kimi nəzərdən keçiririk.

Bizim üçün bu cür transsərhəd layihələr təkcə investisiya imkanı deyil, həm də dövlət səviyyəsində ən vacib təşəbbüslərdir. Biz belə layihələrin inkişafını diqqətlə izləyirik, iştirakda maraqlıyıq və regionun enerji potensialının tam üzə çıxarılmasına töhfə verərək onların həyata keçirilməsinə kömək etməyə hazırıq.


Geri qayıt