Əsas Səhifə > XARİCİ XƏBƏR > Macarıstan COP29-u Paris Sazişindən sonra əsas mərhələ hesab edir
Macarıstan COP29-u Paris Sazişindən sonra əsas mərhələ hesab edir4-06-2025, 11:09 |
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) Paris sazişinin imzalanmasından sonra ən əhəmiyyətli mərhələ olub. Şəffaflıq.az xəbər verir ki, bu barədə Macarıstan Energetika Nazirliyinin energetika siyasəti üzrə dövlət katibinin müavini Mark Alfeldi-Boruss Bakıda keçirilən 30-cu Yubiley Bakı Enerji Forumu çərçivəsində çıxışı zamanı bildirib. "Biz COP29-u Paris sazişindən sonra dönüş nöqtəsi hesab edirik. İndi aydın şəkildə müəyyən edilmiş məqsədlər və maliyyə mənbələri var. Onlara nail olmaq üçün necə irəliləyəcəyimizi anlayırıq. İqlim maliyyələşdirilməsinə həsr olunmuş 6-cı Maddə, dünya üzrə "yaşıl layihə"lərin həyata keçirilməsi və maliyyələşdirilməsi üçün vacib və təsirli bir alətdir", - o qeyd edib. Geri qayıt |