Əsas Səhifə > SAĞLAMLIQ > Ötən ay KTM-in Toksikologiya şöbəsinə zəhərlənmə səbəbi ilə 103 nəfər qəbul edilib, 4-ü ölüb

Ötən ay KTM-in Toksikologiya şöbəsinə zəhərlənmə səbəbi ilə 103 nəfər qəbul edilib, 4-ü ölüb


4-06-2025, 10:55


May ayı ərzində Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə zəhərlənmə səbəbi ilə 103 nəfər qəbul edilib.

KTM-dən verilən məlumata görə, şöbəyə qəbul edilən xəstələrdən 38 nəfər dərmandan, 30 nəfər sirkə turşusundan, 2-si spirtli içkidən, 8-i ilan sancmasından zəhərlənən şəxslərdir.

Həmçinin onlardan 1 nəfər dəm qazından, 14 nəfər allergik reaksiyadan, 4 nəfər botulizmdən, 2 nəfər fosfor üzvi birləşmələrdən, 4 nəfər yabanı bitkilərdən zəhərlənmə səbəbi ilə şöbəyə yerləşdirilib.

Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən 4 nəfər (3 kişi, 1 qadın) dünyasını dəyişib. Ölüm halları sirkə turşusu və dərman zəhərlənmələrindən qeydə alınıb.

Şəffaflıq.az


Geri qayıt