Əsas Səhifə > SON XƏBƏR > Orxan Zeynalov: "Azərbaycanda hidrogen istehsalına 2035-ci ildən başlanacaq"
Orxan Zeynalov: "Azərbaycanda hidrogen istehsalına 2035-ci ildən başlanacaq"3-06-2025, 16:05 |
Azərbaycanda hidrogen istehsalına 2035-ci ildən etibarən başlanılacaq. Şəffaflıq.az xəbər verir ki, bunu Azərbaycanın energetika nazirinin müavini Orxan Zeynalov Bakıda keçirilən 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz sərgisi və 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji beynəlxalq sərgisi çərçivəsində “Yaşıl enerji - Xəzər regionunda potensialının reallaşdırılması” panel müzakirəsində bildirib. Nazir müavini qeyd edib ki, son illərdə Azərbaycan “yaşıl enerji”yə keçidlə bağlı mühüm sərmayələr yatırır: “Hazırda regionda dörd qarşılıqlı əlaqə layihəsinə start vermişik. Bu layihələr Mərkəzi Asiya, Xəzər və Qara dəniz regionlarının müxtəlif hissələrini birləşdirərək Avropaya qədər uzanacaq. Xəzər–Qara dəniz–Avropa enerji dəhlizi üzrə texniki-iqtisadi əsaslandırma artıq yekun mərhələdədir”. Onun sözlərinə görə, Xəzər dənizinin Azərbaycan sektorunda külək enerjisi baxımından böyük bərpaolunan enerji potensialı mövcuddur: Geri qayıt |