Əsas Səhifə > SON XƏBƏR > BP Azərbaycanda daha 30 il uğurlu fəaliyyətə ümid edir
BP Azərbaycanda daha 30 il uğurlu fəaliyyətə ümid edir3-06-2025, 15:51 |
Böyük Britaniyanın BP şirkəti və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) gələcək uğurlu əməkdaşlığın perspektivlərinə əmindir. Şəffaflıq.az xəbər verir ki, bu barədə BP-nin Azərbaycan, Gürcüstan və Türkiyədə geologiya və işlənmə üzrə vitse-prezidenti Den Sparkes 30-cu Yubiley Bakı Enerji Forumu çərçivəsində bildirib. "Biz SOCAR ilə birlikdə gələcəyə - növbəti 30 ilə baxırıq. Bu, yeni çağırışlarla fərqli bir dövr olacaq, lakin biz növbəti davamlı uğur dövrünü təmin edə biləcəyimizə əminik. Missiyamız əslində sadədir - hasilatın təbii azalmasını yumşaltmaq və yeni resursları işlənməyə çıxarmaq. Bu, ifadə edilməsi sadə, həyata keçirilməsi isə son dərəcə mürəkkəb olan bir vəzifədir", - o qeyd edib. D.Sparkesin sözlərinə görə, "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar bloku regionun ixrac enerji infrastrukturunun əsası, həmçinin onun sənaye inkişafının mühüm elementi olub. "Bu, bizim kəşfiyyata yanaşmalarımızı dəyişir. İşlənmə prosesinə təkcə logistika və boru kəmərlərində sərbəst güclərin mövcudluğu deyil, həm də mövcud infrastruktur və hövzədəki xidmət imkanları ilə inteqrasiya təsir edir. Əminəm ki, bu gün kompleks iş: yetkin yataqların səmərəli idarə edilməsi, aşkar edilmiş resursların işlənməsi və paralel olaraq kəşfiyyatın genişləndirilməsi üçün ən yaxşı vaxtdır", - BP təmsilçisi vurğulayıb. Geri qayıt |