Əsas Səhifə > İnfrastruktur > Bakı-Sumqayıt qatarlarının Qurban bayramı günlərindəki qrafiki açıqlanıb

Bakı-Sumqayıt qatarlarının Qurban bayramı günlərindəki qrafiki açıqlanıb


3-06-2025, 15:42

Qurban bayramı ilə əlaqədar istirahət günü elan edilmiş 6, 7 və 9 iyun tarixlərində Bakı-Sumqayıt-Bakı marşrutu üzrə qatarların hərəkəti həftənin şənbə gününün cədvəli əsasında təşkil ediləcək.

"Şəffaflıq.az" bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-yə istinadən xəbər verir.

Məlumata görə, 8 iyunda isə qatarlar ənənəvi bazar günü qrafiki ilə hərəkət edəcəklər.



Geri qayıt