Əsas Səhifə > REGİON > Gürcüstanda xalq ABŞ əleyhinə etiraza qalxdı - "Rədd olun!"
Gürcüstanda xalq ABŞ əleyhinə etiraza qalxdı - "Rədd olun!"26-01-2020, 23:43 |
Gürcüstanın müxalif “Vətənpərvərlər İttifaqı” partiyasının üzvləri və tərəfdaşları yanvarın 26-da ABŞ-ın Tbilisidəki səfirliyi qarşısında aksiya keçiriblər. Aksiyada mindən çox insan iştirak edib. Onlar Gürcüstanda sosioloji sorğularla məşğul olan Milli Demokratik İnstitutun (NDI) və Beynəlxalq Respublikaçı İnstitutunun (IRI) fəaliyyətinin qadağan olunmasını tələb ediblər. Partiyanın lideri və parlamentin deputatı İrma İnaşvili çıxış edərək bildirib ki, hər iki institut Gürcüstan dövləti üçün əsl təhlükə mənbəyidir. Deputat deyib: “Biz heç kəsin müstəmləkəsi deyilik və yalanlara birlikdə “yox" deməliyik. NDI yoxdur! IRI yoxdur! Bu gün biz Amerika səfirliyi qarşısında ucadan bildiririk ki, bu təşkilatların Gürcüstandakı fəaliyyəti qadağan edilməlidir. Onlar Gürcüstandan getməlidirlər”. Nümayişçilər hesab edirlər ki, NDI və IRI bir sıra müxalifət partiyalarının xeyrinə işləyir və sosioloji sorğuların doğru olmayan nəticələrini dərc edərək, Gürcüstan hakimiyyətini bu faktları araşdırmağa çağırır. “NDI və IRI öz pozucu fəaliyyətləri ilə Gürcüstan-ABŞ münasibətlərinə ciddi zərər vurur”, - deyə İnaşvili vurğulayıb. Aksiyada çıxış edənlər bəzi ölkələrdə hər iki institutun fəaliyyətinin qadağan edildiyini vurğulayıb, bunu həmin dövlətlərin düzgün qərarı olduğunu bildiriblər. Aksiyanın sonunda bəyanat oxunub və sənəd səfirliyə təqdim edilib. Şəffaflıq.az Geri qayıt |