Əsas Səhifə > DİGƏR ÖLKƏLƏR > Ermənistan polisinin rəisi vəzifəsindən azad edilib
Ermənistan polisinin rəisi vəzifəsindən azad edilib2-06-2025, 13:43 |
Ermənistan polisinin rəisi, daxili işlər nazirinin müavini Aram Ovanisyan tutduğu vəzifədən azad edilib. "Şəffaflıq.az" Ermənistan mətbuatına istinadən xəbər verir ki, müvafiq qərarı baş nazir Nikol Paşinyan imzalayıb. Məlum olub ki, Ovanisyan istefa ərizəsini baş nazirin tələbi ilə yazıb. Bu qərarın səbəbləri açıqlanmır. O, 1990-cı ildən daxili işlər orqanlarında işləyib və 2023-cü il yanvarın 9-dan Ermənistan polisinin rəisi olub. Geri qayıt |