Əsas Səhifə > REGİON > Zelenski Litvaya gedib
Zelenski Litvaya gedib2-06-2025, 13:08 |
Ukrayna Prezidenti Volodimir Zelenski "Buxarest doqquzluğu" və Skandinaviya ölkələrinin sammitində iştirak etmək üçün Vilnüsə gedib. "Şəffaflıq.az" Ukrayna KİV-inə istinadən xəbər verir ki, bunu prezidentin mətbuat katibi Sergey Nikiforov bildirib. "Litva paytaxtında keçiriləcək sammit çərçivəsində tədbir iştirakçıları ilə ikitərəfli görüşlər planlaşdırılıb", - o qeyd edib. Daha əvvəl verilən məlumata görə, sammit zamanı Alyansın şərq cinahının təhlükəsizliyinin və müdafiəsinin gücləndirilməsi, Ukraynaya dəstək və digər məsələlər müzakirə olunacaq. Geri qayıt |