Əsas Səhifə > SİYASƏT > Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan minifutbol yığmasını təbrik edib
Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan minifutbol yığmasını təbrik edib2-06-2025, 09:22 |
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesablarında minifutbol üzrə Azərbaycan milli komandasının dünya çempionu olması münasibətilə paylaşım edib. Şəffaflıq.az xəbər verir ki, paylaşımda deyilir: “Azərbaycan minifutbol yığması dünya çempionatının qalibidir! Komandamıza parlaq qələbəyə görə təşəkkür edirəm! Sizinlə fəxr edirik! Milli yığmamızın bütün üzvlərinə möhkəm cansağlığı, güc, enerji və yeni-yeni qələbələr və nailiyyətlər arzulayıram!”. Geri qayıt |