Əsas Səhifə > XARİCİ XƏBƏR > İsrailin Qəzza zolağına endirdiyi aviazərbələr nəticəsində son 24 saat ərzində 30-dan çox fələstinli həlak olub.
İsrailin Qəzza zolağına endirdiyi aviazərbələr nəticəsində son 24 saat ərzində 30-dan çox fələstinli həlak olub.2-06-2025, 09:20 |
İsrailin Qəzza zolağına endirdiyi aviazərbələr nəticəsində son 24 saat ərzində 30-dan çox fələstinli həlak olub. Şəffaflıq.az xəbər verir ki, bu barədə Fələstin anklavının Səhiyyə Nazirliyi məlumat yayıb. “Son 24 saat ərzində Qəzza zolağında 37 ölü, o cümlədən daha əvvəl öldürülən 5 nəfərin cəsədi çatdırılıb. Bundan başqa 136 yaralı xəstəxanalara çatdırılıb. Bununla belə, dağıntılar altında və küçələrdə hələ də çoxlu qurbanlar var ki, onlara təcili yardım və mülki müdafiə xidmətləri çata bilmir”, - məlumatda deyilir. Səhiyyə Nazirliyinin son məlumatına görə, cari ilin martın 18-dən bəri İsrail Müdafiə Qüvvələrinin hərəkətləri 4149-dan çox insanın ölümünə, 12,5 minə yaxınının isə yaralanmasına səbəb olub. Fələstin-İsrail qarşıdurması başlayandan bu yana ölən fələstinlilərin ümumi sayı 54 418 nəfəri keçib, 124 190 şəxs yaralanıb. Geri qayıt |