Əsas Səhifə > EKOLOGİYA > Sabah Bakıda hava buludlu olacaq, bir sıra rayonlarda yağış yağacaq, dolu düşəcək
Sabah Bakıda hava buludlu olacaq, bir sıra rayonlarda yağış yağacaq, dolu düşəcək1-06-2025, 12:23 |
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi axşama doğru arabir güclənəcək. Bu barədə Şəffaflıq.az a ETSN-in Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Havanın temperaturu gecə 19-22° isti, gündüz 27-32° isti olacaq. Atmosfer təzyiqi 755 mm civə sütunundan 759 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 50-60 %, gündüz 35-45 % olacaq. Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz olacaq. Lakin axşam bəzi şimal və qərb rayonlarında yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə zəif duman gözlənilir. Mülayim qərb küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək. Geri qayıt |